Türkiyə Superliqası: "Fənərbağça" və "Qalatasaray" klubları məğlub olublar
Dekabrın 13-də futbol üzrə Türkiyə çempionatının XVI turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray" səfərdə "Sivasspor”un qonağı olub.

Gərgin keçən görüşdə Sivas təmsilçiləri qonaqları minimal hesabla məğlub ediblər.

Günün digər matçında "Qaziantep" öz meydanında "Fənərbağça"nı 3:2 hesabı ilə üstələyib.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 39 xalla "Trabzonspor" başçılıq edir. Ondan 9 xal geri qalan "Konyaspor" ikinci, sonuncudan bir xal geri qalan "Hatayspor" isə üçüncü pillələrdə qərarlaşıblar.

Xəbər 304 dəfə oxundu.