Azərbaycan badmintonçusu İspaniyada keçirilən dünya çempionatına qələbə ilə başlayıb
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo İspaniyanın Huelva şəhərində keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

E.Dviçayo kişi badmintonçuların şəxsi yarışında otuzikidə bir finalda Türkiyə təmsilçisi Emre Lale ilə qarşılaşıb. Oyun bamdintonçumuzun 2:0 (21:15, 21:16) hesablı qələbəsi ilə başa çatıb.

Təmsilçimiz onaltıdabir finalda Hovard Şu (ABŞ) - Li Çeuk Yiu (Honqkonq) cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər 359 dəfə oxundu.