Azərbaycan şahmatçıları məktəblilər arasında keçirilmiş Avropa çempionatında beş medal qazanıblar
Məktəblilərin onlayn formatda keçirilən Avropa çempionatında Azərbaycan şahmatçıları beş medal qazanıblar.

13 yaşlı qızların yarışında Nərmin Abdinova ən yüksək nəticə göstərərək qızıl medala layiq görülüb. Digər şahmatçılarımız - 15 yaşadək oğlanlar arasında keçirilən yarışda Şiroğlan Talıbov və 10 yaşadək şahmatçıların turnirində Əhməd Xaqan gümüş medalın sahibi olublar. Qızlar arasında isə Əsnad Vəliyeva 10 yaşadək, Lalə Hüseynova 11 yaşadək şahmatçıların yarışında bürünc medal əldə ediblər.

Ümumilikdə, final mərhələsində doqquz şahmatçımız mübarizə aparıb.

Xəbər 312 dəfə oxundu.