UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün pley-off mərhələsinin püşkü atılıb
Dekabrın 13-də futbol üzrə UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün səkkizdəbir final mərhələsinin püşkü atılıb.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində pley-offda qarşılaşacaq cütlüklər müəyyənləşib.

Püşkatma zamanı klublar səpələnmişlər və səpələnməmişlər səbətlərində yer alıblar. Səkkizdəbir finalda eyni ölkə təmsilçiləri və eyni qrupda yer alan klublar bir-biri ilə qarşılaşmayacaqlar. Qrup qalibləri ilk matçı səfərdə, cavab oyununu isə evdə keçirəcək.

Püşkatmanın nəticələri aşağıdakı kimidir:

“Benfika” (Portuqaliya) – “Real Madrid” (İspaniya);

“Vilyarreal” (İspaniya) – “Mançester Siti” (İngiltərə);

“Atletiko Madrid” (İspaniya) - “Bavariya” (Almaniya);

“Zaltsburq” (Avstriya) - “Liverpul” (İngiltərə);

“İnter” (İtaliya) - “Ayaks” (Niderland);

“Sportinq” (Portuqaliya) - “Yuventus” (İtaliya);

“Çelsi” (İngiltərə) - “Lill” (Fransa);

“Paris Sen-Jermen” (Fransa) - “Mançester Yunayted” (İngiltərə);

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları 2022-ci il fevralın 16-17-də və 23-24-də, cavab qarşılaşmaları isə martın 9-10-da və 16-17-də keçiriləcək. Dörddəbir final mərhələsinin görüşləri aprelin 5-6-da və 12-13-də, yarımfinal matçları aprelin 26-27-də və mayın 3-4-də oynanılacaq. Qitənin ən nüfuzlu klub turnirinin final görüşü mayın 28-də Sankt-Peterburqdakı “Qazprom Arena”da keçiriləcək.

Xəbər 314 dəfə oxundu.