“Qarabağ” klubu Azərbaycan millisinin hücumçusu ilə anlaşıb
Futbol üzrə Azərbaycan millisinin üzvü Rüstəm Əhmədzadə Ukraynanın “Minay” klubundan ayrılır.

21 yaşlı hücumçunun “Qarabağ”la anlaşdığı bildirilib. R.Əhmədzadə bu səbəbdən “Kolos”a səfərdə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XVIII oyununda iştirak etməyib. Onun klubla vidaşlaşdığı da vurğulanıb.

Qeyd edək ki, Rüstəm Əhmədzadə 2020-ci ilin iyulundan "Minay"da çıxış edir.

Xəbər 317 dəfə oxundu.