Rüstəm Orucov Avropa Çempionlar Liqasının gümüş medalını qazanıb
Parisdə keçirilən cüdo üzrə klublar arasında Avropa Çempionlar Liqası başa çatıb.

Yarışda Azərbaycan milli komandasının üzvü Rüstəm Orucov (73 kq) Serbiyanın “Red Star” klubunun heyətində gümüş medal qazanıb.

Qeyd edək ki, Rüstəm Orucov Rio Olimpiadasının və dünya çempionatının gümüş mükafatçısı, həmçinin Avropa çempionudur.

Xəbər 337 dəfə oxundu.