Azərbaycan Cüdo Federasiyasının kuboku yarışında son qarşılaşmalar keçiriləcək
Bakı klubları arasında 18 yaşadək cüdoçular arasında Azərbaycan Cüdo Federasiyasının kuboku uğrunda yarış davam edir.

Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın son günündə yeniyetmə oğlanlar arasında 55, 73, qızlar arasında isə 36, 44, 57 kiloqram çəki dərəcələrində qaliblər müəyyən ediləcək.

Kubok yarışına 39 komandanın heyətində 500-ə yaxın idmançı qatılıb.

Xəbər 309 dəfə oxundu.