Azərbaycan Cüdo Federasiyasının kuboku uğrunda yarışda ikinci günün qalibləri müəyyənləşib
Bakı klubları arasında 18 yaşadək cüdoçular arasında Azərbaycan Cüdo Federasiyasının kuboku uğrunda yarış davam edir.

Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın ikinci günündə yeniyetmə qızlar arasında 40, 52, 70, oğlanlar arasında isə 50, 66, 90 kiloqram çəki dərəcələrində qaliblər müəyyən edilib.

Belə ki, Gülnaz Əzizova (40 kq), Vüsalə Hacıyeva (52 kq), Zeynəbxanım Əsədova (70 kq) qızlar arasında birinci yeri tutublar. Oğlanların yarışında isə Məhəmməd Musayev (50 kq), Nicat Nağıyev (66 kq), Sadiq Hacıyev (90 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

Kubok yarışına 39 komandanın heyətində 500-ə yaxın idmançı qatılıb.

Xəbər 318 dəfə oxundu.