Ameli Moresmo “Rolan Qarros” turnirinə direktor təyin olunub
Ameli Moresmo “Rolan Qarros” turnirinə direktor təyin olunub.

Fransalı sabiq raketka ustası belə bir vəzifəyə layiq görüldüyünə görə qürur hissi keçirdiyini söyləyib. O, turnirin daha da inkişaf etməsi üçün əlindən gələni edəcəyini diqqətə çatdırıb.

Qi Forjeni əvəzləyən Ameli Fransa açıq tennis turnirinin ilk qadın rəhbəri kimi adını tarixə yazdırıb.

Xatırladaq ki, Moremo karyerası ərzində “Australian Open” və “Uimbldon” da daxil olmaqla 25 müxtəlif turnirin qalibi olub. O, 2009-cu ildə karyerasını başa vurub.

Xəbər 307 dəfə oxundu.