Oskar Piastri Formula 2 üzrə dünya çempionatının qalibi olub
Formula 2 üzrə dünya çempionatının qalibi müəyyənləşib.

“Prema Racing” komandasının pilotu Oskar Piastri çempion olub.

İtaliya komandasının avstraliyalı sürücüsü Əbu-Dabi Qran-Prisinin ilk yarışını üçüncü pillədə bitirib və 2021-ci mövsümü üçün fərdi yarışda vaxtından əvvəl çempionluğu təmin edib.

Piastri xallarının sayını 227,5-ə çatdırıb və ən yaxın izləyicisi üçün əlçatmaz olub. Onun komanda yoldaşı Robert Şvartsman 170 xalla ikincidir. Rusiyalı idmançı digər iki yarışda Piastriyə çatmaq şansını itirib.

Qeyd edək ki, Oskar Piastri iyunun 6-da Azərbaycan Qran-Prisində ikinci olub.


Xəbər 310 dəfə oxundu.