“Qarabağ”ın sabiq futbolçusu məşqçilik fəaliyyətinə başlayıb
Ağdamın “Qarabağ” klubunun sabiq futbolçusu Miçel Madera məşqçilik fəaliyyətinə başlayıb.


36 yaşlı yarımmüdafiəçi ölkəsində atasının prezident olduğu "Lenense"də məşqçi kimi fəaliyyət göstərir.

İspaniyalı oyunçu futbolçu karyerasında bu ilin mart ayında bitirib.
O, 2015-2020-ci illərdə “Qarabağ”da çıxış edib. Miçel bu müddət ərzində 159 oyuna 30 qol vurub.

Xəbər 303 dəfə oxundu.