Avropa Çempionlar Liqasında 4 cüdoçumuz mübarizə aparacaq
Bu gün Parisdə cüdo üzrə klublar arasında Avropa Çempionlar Liqası start götürəcək.

Yarışda Azərbaycan milli komandasının dörd cüdoçusu mübarizə aparacaq. Belə ki, Orxan Səfərov (66 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) Yunanıstanın “Aris”, Rüstəm Orucov (73 kq) isə Serbiyanın “Red Star” klubunda çıxış edəcəklər.

Turnirə, ümumilikdə 15 klub qatılacaq. Turnir bir gün davam edəcək.

Xəbər 335 dəfə oxundu.