Millimizin rəqibləri müəyyənləşib
On doqquz yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb.

Püşkdə B liqasında yer alan Azərbaycan milli komandasının A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacağı rəqibləri də müəyyənləşib. Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz 1-ci qrupda Şimali İrlandiya, Farer Adaları və Malta komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları gələn il aprelin 6-12-də təşkil olunacaq.

Qrup oyunlarının hansı ölkədə keçiriləcəyi hələ müəyyənləşməyib.

Xəbər 283 dəfə oxundu.