Boksçumuz Serbiyada beynəlxalq turnirdə iştirak edəcək
Dekabrın 15-də Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.

Yarışda ölkəmiz bir idmançı ilə təmsil olunacaq. Belə ki, millimizin üzvü Mirşərif Kazımzadə 75 kiloqram çəki dərəcəsində mübarizə aparacaq.

Qeyd edək ki, yarışda püşkatma mərasimi dekabrın 14-də olacaq.

Xəbər 645 dəfə oxundu.