Cüdo üzrə Azərbaycan kuboku yarışı başa çatıb
Cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan kuboku yarışı başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın sonuncu günündə qadınlar 57, 78 kiloqram və 78 kiloqramdan yuxarı, kişilər isə 73, 100 kiloqram və 100 kiloqram çəki dərəcələrində mübarizə aparıblar.

Qadınların yarışında Fidan Əlizadə (57 kq), Aytəkin Paşazadə (78 kq) və Nərmin Əmirli (78 kiloqramdan yuxarı) qalib adını qazanıblar. Kişilər arasında isə Nəriman Mirzəyev (73 kq), Adil Kərimli (100 kq) və İmran Yusifov (100 kiloqramdan yuxarı) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

Yarışda 52 komandanın tərkibində 57 qadın və 250 kişi olmaqla, ümumilikdə 307 nəfər cüdoçu iştirak edib.

Xəbər 368 dəfə oxundu.