Bu gün futbol üzrə Azərbaycan kuboku uğrunda mübarizəyə start veriləcək
Dekabrın 10-da futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışın 2021-2022-ci il mövsümünə start veriləcək.

Kubok uğrunda yarış səkkizdəbir final mərhələsinin görüşləri ilə başlayacaq. İlk oyun günündə iki qarşılaşma baş tutacaq. “Səbail” birinci divizion təmsilçisi “Zaqatala”nın, “Qəbələ” isə MOİK-in qonağı olacaq. Matçlar müvafiq olaraq, saat 14:00-da və 17:00-da başlayacaq.

Qeyd edək ki, səkkizdəbir finalın digər iki görüşü dekabrın 11-də oynanılacaq. Kubokun son qalibi “Keşlə” klubu “Qaradağ Lökbatan”ı, “Sabah” isə “Kəpəz”i qəbul edəcək. Bu mərhələ bir oyundan ibarət olacaq və qələbə qazanan komandalar dörddəbir finala yüksələcəklər.

Xəbər 323 dəfə oxundu.