Formula 1 rəhbərliyi Əbu-Dabi Qran-Prisinin təşkilatçıları ilə müqaviləni 2030-cu ilədək uzadıb
Formula 1 rəhbərliyi dünya çempionatının mərhələsinin keçirilməsi üçün Əbu-Dabi Qran-Prisinin təşkilatçıları ilə müqaviləni 2030-cu ilədək uzadıb.

Bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Formula 1 yarışı 2009-cu ildən “Yas Marina” avtodromunda keçirilir.

Əbu-Dabi Qran-Prisi dekabrın 10-dan 12-dək keçiriləcək və Formula 1-in final mərhələsi olacaq. Onun nəticələrinə görə dünya çempionu müəyyənləşəcək.

Xəbər 321 dəfə oxundu.