AFFA-nın icraçı vitse-prezidenti Ukraynada yubiley tədbirində iştirak edir
Kiyevdə Ukrayna Futbol Assosiasiyasının 30 illik yubileyi münasibətilə tədbir və “Avropada futbolun inkişafı” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirlər FIFA, UEFA, Azərbaycan, Bolqarıstan, Kipr, Latviya, Litva, Moldova, Nigeriya, Polşa və Ermənistan futbol federasiyalarının nümayəndələrinin iştirakı ilə keçirilir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasını (AFFA) tədbirdə icraçı vitse-prezident Elxan Məmmədov təmsil edir.

Xəbər 556 dəfə oxundu.