Bakıda güləş üzrə Azərbaycan çempionatı davam edir
Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasının və Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarış beynəlxalq və milli dərəcəli hakimlər tərəfindən idarə olunur.

Milli komandalara seçim xarakteri daşıyan ölkə çempionatının sonuncu günündə 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.

Qeyd edək ki, ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatı azarkeşsiz keçirilir.

Xəbər 479 dəfə oxundu.