Cüdo üzrə Azərbaycan kuboku yarışı davam edir
Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan kuboku yarışı davam edir.

Turnirin sonuncu günündə - dekabrın 9-da qadınlar 57, 78 kiloqram və 78 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. Kişilər arasında isə 73, 100 kiloqram və 100 kiloqramdan yuxarı çəki dərəcələrində qalib və mükafatçıların adları müəyyənləşəcək.

Qeyd edək ki, yarışa Azərbaycanın şəhər və rayonlarından 52 komandanın tərkibinə 250 cüdoçu qatılıb.

Xəbər 377 dəfə oxundu.