Cüdo üzrə Azərbaycan kubokunun ikinci yarış gününün qalibləri müəyyənləşib
Cüdo üzrə Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində keçirilən Azərbaycan kuboku davam edir.

Turnirin ikinci günündə 4 çəki dərəcəsi üzrə qarşılaşmalar keçirilib. Belə ki, qadınlar 52, 70 kiloqram, kişilər isə 66 və 90 kiloqram çəki dərəcələrində güclərini sınayıblar. Qadınlar arasında Səbinə Əliyeva (52 kq, “Təhsil” İdman Sağlamlıq Mərkəzi, Sumqayıt şəhəri) və Günel Həsənli (“Zirvə” İdman Klubu, Abşeron) qalib adına layiq görülüblər. Kişilərin yarışında isə Kəramət Hüseynov (66 kq, “Qəbələ” İdman Klubu, Bakı), Rüfət İsmayılov (90 kq, “Cüdo Klubu 2012”) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

Turnir dekabrın 9-da başa çatacaq.

Xəbər 1002 dəfə oxundu.