Şahmat tacı uğrunda keçirilən dünya çempionatı: Onuncu turda heç-heçə qeydə alınıb
Dubayda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda dünya çempionatının 10-cu turu keçirilib.

Növbəti turda heç-heçə qeydə alınıb. Ötən turların nəticəsinə görə dünya çempionu rusiyalı şahmatçını 6,5:3,5 hesabla üstələyir. Turnir on dörd matçdan ibarətdir.

Xatırladaq ki, Maqnus Karlsen 2013-cü ildə Hindistan təmsilçisi Vişvanatan Anand üzərində qələbə qazanaraq dünya şahmat tacına sahib olub. O, 2014-cü ildə Rusiyada V.Anandı, 2016-cı ildə ABŞ-da rusiyalı Sergey Karyakini və iki il sonra isə Böyük Britaniyada ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edərək titulunu qoruyub.

Xəbər 502 dəfə oxundu.