Azərbaycan abilimpiyaçıların iştirakı ilə ilk dəfə sınaq yarışı təşkil olunub
Azərbaycan Milli Abilimpiya Federasiyasının (AMAF) dəvəti ilə Rusiya Milli Abilimpiya Mərkəzinin rəhbər şəxsləri və mütəxəssisləri ölkəmizdə səfərdədir.

Səfərin məqsədi federasiyanın yerli və beynəlxalq çempionatlara hazırlıq, milli komandanın formalaşdırılması və Abilimpiya hərəkatı haqqında metodiki və praktiki seminarlar keçməkdir.

Dekabrın 8-də AMAF-in təşkilatçılığı, UNICEF-in Azərbaycan nümayəndəliyi və Avropa İttifaqının dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzində abilimpiyaçıların iştirakı ilə ilk dəfə sınaq yarışı keçirilib.

Sınaq yarışının məqsədi iştirakçıların yarış atmosferinə uyğunlaşması, Abilimpiya oyunlarında olan qaydalar və baş verə biləcək halların praktiki şəkildə tətbiq edilməsidir.

Qeyd edək ki, sınaq yarışı taxta üzərində oyma, dərzilik, toxuculuq, masaj və fotoqrafiya olmaq üzrə beş peşə sahəsindən ibarətdir. Sınaq yarışı rusiyalı ekspertlərin nəzarəti ilə keçirilib.

Xəbər 315 dəfə oxundu.