İtaliya klubu baş məşqçisini istefaya göndərib
İtaliyanın “Udineze” futbol klubu baş məşqçisi Luka Qottini istefaya göndərib.

Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Əlli dörd yaşlı mütəxəssislə yollar komandanın uğursuz nəticələri ilə əlaqədar ayrılıb.

Qotti 2019-cu ildən “Udineze”də işləyib. Komanda A Seriyasında 16 turdan sonra 16 xalla 14-cü pillədə qərarlaşıb.

Xəbər 344 dəfə oxundu.