“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Şəmkirdə təşkil olunub
AFFA-nın və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, rayonun Yuxarı Çaykənd kəndində keçirilən tədbirdə ümumilikdə 50 məktəbliyə futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, deputat Sabir Hacıyev, Milli Məclisin İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri Rüstəm Mahmudov, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, Təhsil İdarəsinin müdiri Qüdrət Əliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd olunan layihə üzrə 2021-ci il ərzində yerli icra hakimiyyəti orqanları ilə birlikdə respublikamızın müxtəlif bölgələrində - Füzuli, Tərtər, Bərdə, Oğuz, Xəzər, Cəbrayıl, Ağdaş, Tovuz, Gədəbəy, Kürdəmir, Salyan, Göyçay, Beyləqan, Göygöl, Qobustan rayonunun qəsəbə və kəndlərində, Gəncə şəhərinin Kəpəz rayonunda Vətən müharibəsi zamanı düşmənin raket hücumuna məruz qaldığı ərazidə keçirilib. Bu layihə üzrə silsilə tədbirlərin respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.

Xəbər 527 dəfə oxundu.