«Mançester Siti» Messini səhvən ala bilərdi
«Mançester Siti»nin keçmiş icraçı direktoru Qarri Kuk bildirib ki, hələ Şeyx Mənsurun kluba gəlişindən dərhal sonra «şəhərlilər» «Barselona»ya Lionel Messii lə bağlı təklif etmişdilər. Kuk öz kitabında yazıb ki, 4 il öncə transfer pəncərəsinin son günündə «Barsa»ya argentinalı futbolçu üçün 30 milyon funtluq təklif getmişdi. Ancaq bu, klubun menecmentinin səhvi üzündən baş vermişdi.

İdman.com.az saytının məlumatına görə, onların həmin zaman başları klub sahibinin dəyişdirilməsi ilə bağlı prosedurlara qarışmışdı. Həmin zaman Şeyx Mənsur «Siti»nin səhmlərinin 90 faizinin alınması ilə bağlı sazişi tamamlamaq üzrə idi. Ərəb iş Adamı telefonla öz yeni təbəələrinə hər şeyin qarışdığını (ingiliscə bu ifadə belə səslənir – «it`s all getting messy») söyləmişdi. Klub rəhbərliyidən kimsə də bunu Messinin alınması əmri kimi başa düşmüşdü.

«Bu təklifin rədd edildiyini heç dəqiqləşdirməyə də ehtiyac yoxdu» - Kuk öz kitabında yazır. Messinin «Barselona» ilə müqaviləsində buraxılış qiyməti 250 milyon avrodur.

Xəbər 976 dəfə oxundu.