Nərimanov rayonunda abad məhəllələr arasında “Böyük Zəfər” minifutbol turniri keçirilib
Nərimanov rayonunda abad məhəllələr arasında “Böyük Zəfər” minifutbol turniri keçirilib.

Dekabrın 8-də Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilən yarışın yarımfinal, final oyunları və mükafatlandırma mərasimi keçirilib.

Səkkiz komandanın iştirakı ilə təşkil edilən turnirdə “Qələbə” komandası birinci yeri tutub. İkinci yerdə “Şuşa”, üçüncü pillədə isə “Zəngilan” komandaları qərarlaşıblar.

Turnirdə fərqlənən komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Xəbər 486 dəfə oxundu.