Azərbaycanın U-17 komandasının Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib
On yeddi yaşadək futbolçulardan ibarət komandalar arasında final mərhələsi 2023-cü ildə Macarıstanda təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi ikinci qrupda Bosniya və Herseqovina, Ukrayna və Lixtenşteyn komandaları ilə birgə mübarizə aparacaq.

Bu qrupun oyunları 24-30 oktyabr tarixlərində Bosniya və Herseqovinada keçiriləcək.

Xəbər 318 dəfə oxundu.