Şahmatçılarımız İspaniyada beynəlxalq turnirdə iki qələbə qazanıblar
İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turnirində səkkizinci turun oyunları keçirilib.

Turnirdə Azərbaycan təmsilçiləri Məhəmməd Muradlı və Aydın Süleymanlı rəqibləri üzərində qələbə qazanıblar. Digər təmsilçimiz Eltac Səfərli isə uduzub.

Ötən turların nəticəsinə görə, xallarının sayını 6-ya çatdıran M.Muradlı liderdən cəmi yarım xal geri qalır. E.Səfərli 5,5 xalla 13-cü, A.Süleymanlı 5 xalla 23-cüdür.

İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarətdir.

Xəbər 296 dəfə oxundu.