Azərbaycan şahmatçısı onlayn “Titled Tuesday Blitz” turnirində ikinci yeri tutub
Azərbaycan şahmatçısı Xəzər Babazadə onlayn “Titled Tuesday Blitz” turnirində uğurla çıxış edib.

Təmsilçimiz 11 turdan 10 xal toplayıb və əlavə göstəricilərə görə ikinci yeri tutub. Onunla eyni xala malik amerikalı Cefferi Syun turnirin qalibi olub. Digər təmsilçilərimiz Vasif Durarbəyli 8,5 xal, Murad İbrahimli 8 xal, Azər Mirzəyev 7,5 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən yarışda 500-ə yaxın şahmatçı iştirak edib.

Xəbər 286 dəfə oxundu.