Cüdo üzrə Azərbaycan kuboku yarışının ilk qalibləri müəyyənləşib
Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunan cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan kuboku yarışının ilk qalibləri müəyyənləşib.

Yarışın ilk günündə qadınlar arasında 48, 63, kişilərin yarışında isə 60, 81 kiloqram çəki dərəcələrində ən güclülər bəlli olub. Belə ki, Aydan Vəliyeva (48 kq) və Aytac Qardaşxanlı (63 kq) qadınların turnirində birinci yeri tutublar. Kişilər arasında isə Balabəy Ağayev (60 kq) və Elcan Hacıyev (81 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

Dekabrın 9-dək davam edəcək turnir koronavirus pandemiyası səbəbindən ölkədə mövcud olan karantin rejimi ilə əlaqədar azarkeşsiz keçirilir.

Xəbər 533 dəfə oxundu.