Millimiz yoldaşlıq oyununda heç-heçə edib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, BƏƏ-nin U-20 komandası ilə oyun 1:1 hesabı ilə nəticələnib.

Millimizin heyətində 70-ci dəqiqədə penaltidən Ayxan Süleymanlı fərqlənib. Bu komandalar arasında növbəti oyun dekabrın 9-da keçiriləcək.

Xəbər 300 dəfə oxundu.