Bakının “Neftçi” klubunun sabiq prezidenti UEFA-dan yeni təyinat alıb
Bakının “Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.

O, Ukraynanın “Zarya” və Norveçin “Budyo Qlimt” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin altıncı tur oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, dekabrın 9-da Ukraynadakı Zaporojye şəhər stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Xəbər 272 dəfə oxundu.