“Zirə”nin futbolçusu 4 aylıq sıradan çıxıb
Azərbaycan Premyer Liqasının XIII turunda “Qəbələ” ilə oyunda zədələnən “Zirə”nin futbolçusu Nemanya Ancelkoviçin durumuna aydınlıq gəlib.

24 yaşlı müdafiəçinin sağ ayağının tibia sümüyündə qırıq aşkarlanıb.

Serbiyalı oyunçu gələn il ölkəsində əməliyyat olunacaq. Onun 4 ay sonra komanda ilə birlikdə məşqlərə başlayacağı ehtimal olunur.

Xəbər 277 dəfə oxundu.