IFFHS 2021-ci ilin rəmzi komandasını açıqlayıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin rəmzi komandasını açıqlayıb.

Simvolik heyətdə 4-3-3 taktiki sxeminə yer verilib.

Heyətdə qapıçı - Canluici Donnaruma (PSJ), müdafiəçilər - Əşrəf Hakimi (PSJ), Leonardo Bonuççi (“Yuventus”), Ruben Diaş (“Mançester Siti”), Alfonso Deyvis (“Bavariya”), yarımmüdafiəçilər - Kevin De Bröyne (“Mançester Siti”), Lionel Messi (PSJ), Jorjinyo (“Çelsi”), hücumçular: Kilian Mbappe (PSJ), Robert Levandovski (“Bavariya”) və Kriştiano Ronaldo (“Mançester Yunayted”) yer alıblar.


Xəbər 313 dəfə oxundu.