UEFA “Qarabağ”ın futbolçusunu fərqləndirib
UEFA Konfrans Liqasında çıxış edən klubların 4 futbolçusu fərqləndirilib.

Onların arasında “Qarabağ”ın hücumçusu İbrahima Vadji də var.

“Bu həftəsonu sizi ən çox hansı hücumçu təsirləndirib” sualı ünvanlandığı postda 26 yaşlı hücumçu ilə yanaşı, Niderlandın AZ klubundan Yesper Karlsson, "Feyenoord"dan Brayan Linssen və Fransa "Renn"indən Marten Terye də yer alıblar.

İbrahima Vadji “Qarabağ”ın “Sabah”a 5:1 hesabı ilə qalib gəldiyi Azərbaycan Premyer Liqasının XIII tur oyununda dubl edib. Karlsson və Linssen də seneqallı oyunçu kimi iki qol vurub, Terye isə het-trik müəllifi olub.

Qeyd edək ki, "Qarabağ" dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI turunda İsveçrədə “Bazel”in qonağı olacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Xəbər 291 dəfə oxundu.