Azərbaycan millisinin Ukrayna yığması ilə oyunlar üçün heyəti açıqlanıb
Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə dekabrın 18-də və 19-da Bakıda Ukrayna yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, dekabrın 12-dən 20-dək (dekabrın 12-də Bakı İdman Sarayında, dekabrın 13-dən isə Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzi) davam edəcək toplanışa baş məşqçi Joze Alesio Da Silva 15 futzalçı dəvət edib.

Hazırlıq prosesinə Rövşən Hüseynli, Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Rizvan Fərzəliyev, Amir Shojaei, Nurlan Mehdizadə (hamısı “Araz-Naxçıvan”), Cavad Məmmədov (“Neftçi”), Emin Kürdov, Tofiq Mikayılov (hər ikisi EKOL), Xəzər Ağalızadə (U-19), Rafael Vilela (“Palma Futsal”, İspaniya), Fineo De Araujo (“Sporting Paris”, Fransa), Thiago Teles Martins (“ACCS FUTSAL”, Fransa) və Everton Cardoso (“Levante U.D.”, İspaniya) dəvət olunublar.

Qeyd edək ki, hər iki oyun Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq.

Xəbər 286 dəfə oxundu.