Bu gün şahmat tacı uğrunda dünya çempionatında doqquzuncu tur keçiriləcək
Bu gün Dubayda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda dünya çempionatının 9-cu turu keçiriləcək.

Bir gün istirahətdən sonra keçiriləcək növbəti turda M.Karlsen qara fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, ötən turların nəticəsinə görə, dünya çempionu 5:3 hesabla Rusiya şahmatçısını üstələyir.

On dörd matçdan ibarət olacaq turnir dekabrın 15-dək davam edəcək.

Xatırladaq ki, Maqnus Karlsen 2013-cü ildə Hindistan təmsilçisi Vişvanatan Anand üzərində qələbə qazanaraq dünya şahmat tacına sahib olub. O, 2014-cü ildə Rusiyada V.Anand, 2016-cı ildə ABŞ-da rusiyalı Sergey Karyakin və iki il sonra isə Böyük Britaniyada ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edərək titulunu qoruyub.

Xəbər 302 dəfə oxundu.