Gənc qılıncoynadanlarımız Polşada keçirilən dünya kubokunun mərhələ yarışında çıxışlarını başa vurublar
Azərbaycanın gənc qılıncoynadanları Polşanın Sosnovets şəhərində keçirilən sablya növü üzrə dünya kubokunun mərhələ yarışında çıxışlarını başa vurublar.

Oğlan sablyaçıların şəxsi yarışında qrup mərhələsini üç qələbə ilə başa vuran Murad Əkbərov pley-offda Almaniya idmançısı Valentin Mekaya 7:15 hesabı ilə uduzub. Qrupda 2 qələbəsi olan Saleh Məmmədov pley-offda fransalı Hüqo Lapatiyə 11:15 hesabı ilə məğlub olub. Qrup mərhələsini qələbəsiz bitirən Maqsud Hüseynli mübarizəni erkən dayandırıb.

Qızların şəxsi yarışında qrupda 2 qələbəsi olan Sofiya Mamina pley-offa adlaya bilməyib.

Xəbər 321 dəfə oxundu.