Şahmatçılarımız Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıblar
Şahmat üzrə məktəblilərin Avropa çempionatında ilkin mərhələyə yekun vurulub.

Onlayn formatda keçirilən yarışda Azərbaycanı 25 şahmatçı təmsil edib.

Turnirdə oğlan və qızlar 10, 11, 13, 15 və 17 yaş qruplarında mübarizə aparıblar.

Şahmatçılarımızdan Əhməd Xaqan, Paşam Əlizadə (10 yaş), Lalə Hüseynova (11 yaş), Nərmin Abdinova (13 yaş), Şiroğlan Talıbov, Hüseyn Seyid (15 yaş), Uğur İlyaslı (17 yaş) Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıblar.

Qitə yarışının finalı dekabrın 10-dan 12-dək keçiriləcək.

Xəbər 289 dəfə oxundu.