Cüdo üzrə kişilər və qadınlar arasında Azərbaycan kuboku yarışı keçiriləcək
Dekabrın 7-də kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan kuboku yarışı start götürəcək.

Yarış Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində keçiriləcək.

Turnirdə Azərbaycanın şəhər və rayonlarından 54 komandanın tərkibində 343 (282 kişi, 61 qadın) idmançının iştirakı planlaşdırılır. Turnir dekabrın 9-dək davam edəcək.

Xəbər 341 dəfə oxundu.