Qəbələdə döyüş növləri üzrə “Dəmir Yumruq 3” respublika turniri keçirilib
Qəbələ Olimpiya İdman Kompleksində “Dəmir Yumruq 3” Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr və gənclər arasında uşu və muay-tay idman növləri üzrə respublika turniri keçirilib.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan yarışa 100-dən çox idmançı qatılıb.

Muay-tay üzrə yarışlarda medal sayına görə “Şəki” komandası birinci olub. İkinci pillədə “Gəncə”, üçüncü pillədə isə “Arktika Abşeron” klubları qərarlaşıb. Uşu idman növündə isə medal sayına görə “Boz-Qurd” klubu bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Göyçay” komandası ikinci, “Sumqayıt” isə üçüncü olublar.

Qeyd edək ki, turnirdə Bakı, Mingəçevir, Göyçay, Gəncə, Samux, Şamaxı və Şəki rayonlarından idman klubları iştirak ediblər.

Xəbər 355 dəfə oxundu.