UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib
UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ" klubu haqqında paylaşım edib.

Postda Ağdam təmsilçisinin son 25 görüşdə yalnız bir dəfə məğlub olduğu xatırladılıb.

Bundan əlavə, "köhlən atlar"ın həftəsonu Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah"a 5:1 hesabı ilə qalib gəldiyi bildirilib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda cari mövsüm yeganə məğlubiyyətini ölkə çempionatının VIII turunda səfərdə "Səbail"lə görüşdə alıb - 1:3.

Qeyd edək ki, "Qarabağ" noyabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI turunda İsveçrədə "Bazel"in qonağı olacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Xəbər 288 dəfə oxundu.