Şahmatçımız İspaniyada keçirilən beynəlxalq turnirdə liderlər qrupunda mübarizəni davam etdirir
İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turnirində Azərbaycan təmsilçisi Eltac Səfərli liderlər qrupunda mübarizəni davam etdirir.

Altıncı turda şahmatçımız argentinalı Tomas Sosanı məğlub edərək aktivinə daha bir xal əlavə edib. Xalların sayını 5-ə çatdıran şahmatçımız 1-5-ci yerləri bölüşür. Digər təmsilçimiz Məhəmməd Muradlı 4,5 xalla 12-ci, Aydın Süleymanlı 3,5 xalla 46-cı yerdə qərarlaşıblar.

İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olan turnir dekabrın 12-dək davam edəcək.

Xəbər 274 dəfə oxundu.