Azərbaycan millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb
On səkkiz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yoldaşlıq oyunları çərçivəsində Dubayda keçirəcəyi oyunları üçün yekun heyəti açıqlanıb.

Millimiz əvvəldən nəzərdə tutulduğu kimi, Birləşmiş Ərəb Əmirliklərinin U-18 yox, U-20 komandası ilə qarşılaşacaq.

Dekabrın 7-də və 9-da keçiriləcək oyunlar üçün hazırlıq prosesinə Sahib Həsənov (“Keşlə”), Xəyal Feyzullayev (“Sumqayıt”), Emin Rüstəmov (“Səbail”), Fariz Xeyrullayev (“Neftçi”), İbrahim Ramazanov (“Qəbələ”), Sadiq Bagiev (“Kuban”, Rusiya), Nuğay Rəşidov, İxtiyar Məmiyev (hər ikisi “Qəbələ”), Ayxan Süleymanlı (“Zirə”), Rüfət Abbasov, Bahadur Quliyev (“Neftçi”), Nəriman Axundzadə (“Qarabağ”), Xəyal Əliyev (“Sabah”), Qurban Səfərov (“Keşlə”), Şahin Şahniyarov, Fərid Kələntərov (“Qəbələ”), Elcan Əbilov (“Neftçi”), Nicat İsmayılov (“Qarabağ”), Mahmud Ağayev (“Zirə”), Nahid Əliyev (“SŞOR Zenit”, Rusiya), Ağadadaş Salyanski (“Neftçi”) və Şahmar Aşurov (“Sabah”) dəvət olunublar.

Xəbər 304 dəfə oxundu.