Omari Tetradze: Əsas rəqibin gücünü düzgün qiymətləndirməkdir
“Mən hesab edirəm ki, biz qrupda favoritik. Əsas öz imkanlarını və rəqibin gücünü düzgün qiymətləndirməkdir”. İdman.com.az saytının məlumatına görə, bu fikirləri tanınmış rusiyalı mütəxəssis Omari Tetradze deyib. Yaxında Rusiyanın “Ximki” klubunun baş məşqçisi təyin edilən keçmiş müdafiəçi vaxtilə şərəfini qoruduğu yığmasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində şanslarını dəyərləndirib.

Tetradzenin fikrincə, ruslar öz qrupunda bütün matçlara, o cümlədən zəif millilər sayılan Azərbaycan və Lüksemburq kimi yığmalarla oyunlara ciddi yanaşmalıdır. O, millisinin yığmamızla oyunda qələbə qazanmağı borclu olduğunu düşünür: “Bizim yığma dəfələrlə öz aqressiv oyunu ilə nəticələri ilə sevindirib. Futbolçular gözəl başa düşür ki,

Avropa çempionatında qrupda qaldığımız Yunanıstanla matçdan sonra azarkeşlər qarşısında bəraət qazanmaq lazımdır. Mən öz qrupumuzda 1-ci yer uğrunda mübarizədə əsas rəqib portuqaliyalıları görürəm. Düzdür, İsrail də hədiyyə deyil. Ancaq rəqiblərimizin hamısına qalib gəlmək olar və bunu mütləq etmək lazımdır”.

Xəbər 1292 dəfə oxundu.