Eltac Səfərli İspaniyada keçirilən beynəlxalq turnirdə liderlər qrupunda mübarizə aparır | |
İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turnirində Azərbaycan təmsilçiləri mübarizəni uğurla davam etdirirlər. Beşinci turda şahmatçılarımızdan Eltac Səfərli və Məhəmməd Muradlı qələbə qazanıblar. Digər təmsilçimiz Aydın Süleymanlı isə heç-heçə edib. Hazırda E.Səfərli 4 xalla liderlər qrupunda mübarizə aparır. M.Muradlı 3,5, A.Süleymanlı isə 3 xala malikdirlər. İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olan turnir dekabrın 12-dək davam edəcək. |
|
Xəbər 309 dəfə oxundu. |
|
|