«Beşikdaş» Lazoviçi 2 milyona almaq istəyir
«Beşikdaş» Rusiya «Zenit»i ilə Piter klubunun hücumçusu Danko Lazoviçlə bağlı danışıqlarını davam etdirir. Türkiyənin «Fanatik» nəşrinin yazdığına görə, sazişin dəyəri 2 milyon avro ola bilər. Daha əvvəl məlum olmuşdu ki, Lazoviçin «ağ-qaralar»da maaşı illik 1,25 milyon dollar ola bilər.

İdman.com.az saytı xəbər verir ki, Danko Lazoviç 2010-cu ilin martından «Zenit»dədir. Futbolçu Rusiyanın şimal paytaxtına 5 milyon avro müqabilində keçmişdi. Hazırkı mövsümləraarsı dövrdə o gənclər heyəti ilə məşqlərə başlamış çvə transferə çıxarılmışdı.

Xəbər 962 dəfə oxundu.