Azərbaycan millisinin sabiq hücumçusu “Şalke”nin əsas komandasında debüt edə bilər
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun əsas komandasında debüt edə bilər.

Səbəb Gelzenkirxen təmsilçisinin bir sıra aparıcı futbolçusunun sıradan çıxmasıdır. Simon Toredde, Marius Bülter, Florian Flik, Yaroslav Mixaylov, Darko Çurlinov, Mark Jatkovski, Mixael Langer və Salif Sane zədəli olduqları üçün “Sankt-Pauli”yə qarşı İkinci Bundesliqanın XVI tur matçını buraxacaqlar. Bu səbəbdən baş məşqçi Dimitrios Qrammozis U-23-dən R.Dadaşovu, gənclər komandasında isə Keke Toppu əsas kollektivə cəlb edib.
Qeyd edək ki, bu gün keçiriləcək “Sankt-Pauli” – “Şalke” görüşü Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Xəbər 320 dəfə oxundu.