Taekvondo üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb
Bu gün Sumqayıt Olimpiya İdman Kompleksində kişilər və qadınlar arasında taekvondo üzrə Azərbaycan çempionatı start götürüb.

Yarışda 17 yaşdan yuxarı idmançılar iştirak edirlər.

Turnirdə 100-ə yaxın taekvondoçu mübarizə aparır.
Yarış koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına uyğun və bütün şərtlərə əməl edilməklə təşkil edilib.

Turnir bir gün davam edəcək.

Xəbər 335 dəfə oxundu.